Anna Akopyan Paşinyandan ayrıldı

“Mən Annanın qərarına hörmətlə yanaşıram”. Bu barədə özünün Facebook səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyan yazıb.
“Son 30 il ərzində həyatımın ən çətin günlərində o, həmişə yanımda olub, mənim dayağım və dəstəyim olub. Əmin deyiləm ki, mən də onun üçün eyni cür olmuşam. Yəqin ki, ona daha çox acı yaşatmışam və buna görə üzr istəyirəm”, — deyə o əlavə edib.

Qeyd edək ki, Anna Akopyan videomüraciət yayımlayaraq baş nazir Nikol Paşinyanla nikahının başa çatdığını bəyan edib.

“Bu gün mən hökumət iqamətgahını tərk edirəm”, — deyə o bildirib.