COVİD-19: Dünyada gündəlik yoluxma sayında rekord artım

Koronavirus infeksiyası yayılmaqda davam edir.

 

Dünən sutka ərzində dünya üzrə 413 min 124 nəfərin COVİD-19-a yoluxduğu təsbit edilib ki, bu, pandemiya başlayandan bəri rekord göstəricidir.

 

Avropa son həftələrdə epidemiyanın mərkəzinə çevrilib. Keçən həftə Avropada gündəlik orta hesabla 140 min nəfərdə koronavirus aşkarlanıb. Avropada xəstəliyin artlm sürəti son günlərdə ABŞ, Hindistan və Braziliya ilə müqayisədə daha çoxdur.

 

Dünyada hər 100 yoluxmadan 34-ü Avropa ölkələrinin payına düşür. Avropada hər 9 gündə təxminən 1 milyon insanda COVİD-19 aşkarlanır. Epidemiyanın ilk günündən bəri Avropa qitəsində 6 milyon 860 min 613 hadisə qeydə alınıb. Bu həftə Avropadakı yeni hadisələrin yarısı İngiltərə, Fransa, Rusiya, Hollandiya və İspaniyanın payına düşüb.

 

Gündə 19 min 425 yoluxma hadisəsi ilə Fransa Avropada öndədir. Sonrakı yerlərdə İngiltərə, Rusiya, İspaniya və Hollandiya gəlir.

 

Avropadakı bir çox ölkə yenidən məhdudiyyətlər tətbiq edilir.

 

Yoluxmaların təxminən 27 faizi Latın Amerikasının payına düşür. Asiya və Şimali Amerikada da yoluxanların sayı artmaqdadır.

 

Dünyada koronavirusa yoluxanların ümumi sayı 39 869 164 nəfərə çatıb, onlardan 1 112 908-i ölüb.

 

Basta