Yenə atəşkəs elan olundu – 26 oktyabr, saat 08:00-dan
Oktyabrın 26-da yerli vaxtla səhər saat 08:00-da Dağlıq Qarabağda atəşkəs başlayacaq.
TASS məlumat verir ki, bu barədə Azərbaycan, Ermənistan və ABŞ-ın birgə bəyayatında deyilir, mətn Dövlət Departamentinin saytında dərc olunub.
Xatırladaq ki, oktyabrın 24-də ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb. Vaşinqtonda baş tutan danışıqlarda tərəflər “humanitar məqsədlər üçün atəşkəs razılaşmasının həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.
Bundan əvvəl Rusiyanın təşəbbüsü ilə iki dəfə atəşkəs elan olunsa da, razılaşmaya əməl olunmayıb.
Vaşinqtona səfəri çərçivəsində 23 oktyabr tarixində Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü keçirilib.
Siyasi müşahidəçilər hesab edir ki, atəşkəs təşəbbüsü Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatlarının dayandırılması məsədilə irəli sürülüb və rəsmi Bakı təzyiqlə üzləşdiyi üçün bu razılaşmalara imza atır.
Basta