Arif Hacılı: “Bütün Azərbaycan bu xəbəri gözləyir”
“Şuşa yalnız Qarabağın ürəyi, mədəniyyət və incəsətimizin beşiyi, hər bir azərbaycanlı üçün müqəddəs məbəd kimi qəbul olunan şəhər deyil, Şuşa, həm də hərbi baxımdan çox vacib strateji yüksəklikdir.
Şuşanın işğaldan azad edilməsi müharibənin taleyini həll edəcək.
Qarabağ separatçı rejimi rəhbərinin müşaviri David Babayan Fransanın “le Monde” qəzetinə müsahibəsində deyib ki, Azərbaycan Ordusu Şuşanın yaxınlığındadır və “…Şuşa getsə, gərək Xankəndini tərk edib, dağlara çəkilək, ona görə Şuşa uğrunda sona qədər döyüşəcəyik.”
…Bütün Azərbaycan nəfəsini içinə çəkib Şuşanın işğaldan azad olunmasını, bu barədə rəsmi məlumatı gözləyir.”
Yazı Müsavat başqanı Arif Hacılının feysbuk səhifəsindən götürülüb.