Paşinyandan İsrailə qarşı isterik açıqlama: “Gedin terrorçulara yardım edin”

Ermənistanın baş naziri Nikol Paşinyan The Jerusalem Post qəzetinə açıqlamasında İsraili terroru dəstəkləməkdə ittiham edib.

 

“İsrailin həm Ermənistana, həm də Azərbaycana humanitar yardım təklif etməsinə münasibətiniz necədir” sualına Paşinyan isterik halda belə cavab verib: “İsrail Ermənistana yox, getsin terrorçulara yardım etsin, bu, onların fəaliyyətinin məntiqi davamı olar”.

 

Qeyd edək ki, Ermənistanın İsrailə qarşı aqresiv münasibətinin səbəbi Azərbaycanın bu ölkədən hərbi texnika satın almasıdır. Azərbaycan Rusiya, Türkiyə, İsrail və başqa ölkələrdən rəsmi qaydada silah-sursat alır.

 

Basta