Müsavat başqanı təşkilat sədrləri ilə görüşdü
Bu gün Müsavat başqanı Arif Hacılının partiyanın bir sıra rayon təşkilatının sədrləri ilə video-konfrans formatında görüş keçirib. Bu haqda başqanın müavini Razim Əmiraslalı məlumat yayıb.
O bildirib ki, görüşdə Arif Hacılı Vətən müharibəsi və onun nəticələri, noyabrın 10-da imzalanan razılaşmadan sonra Yuxarı Qarabağda yaranmış vəziyyət, COVİD-19 pandemiyası ilə əlaqədar son durum haqda geniş məruzə edib. Müsavat Partiyasının 2021-ci il üçün əsas fəaliyyət istiqamətləri haqqında və rayon təşkilatlarının qarşısında duran vəzifələr barədə danışılıb və müvafiq tapşırıqlarını verilib. İclasda Partiya rəhbərliyinə daxil olan şəxslər iştirak ediblər.
.
Basta