Qazaxda gərginlik
Fevralın 2-də səhər saat 5-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycanın Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki mövqelərindən pulemyot atəşi açıb.
Atəş Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru açılıb.
Öz növbəsində Müdafiə Nazirliyi erməni tərəfinin atəşkəsi pozması ilə bağlı iddianı təkzib edib.
Qeyd edək ki, Aşağı Əskipara kəndi Azərbaycan anklavıdır və Ermənistan ərazisi ilə əhatə olunub.
Bu kənd hələ 1992-ci ildə erməni qoşunları tərəfindən işğal edilib.
Həmin rayonda ermənilər dörd kəndi olan başqa bir anklav da işğal edib.
Ümumilikdə, Qazax rayonunun 7 sərhəd kəndi hələ də ermənilərin nəzarəti altında qalır: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimli.
Turan