Ermənistan iki zabitinin öldüyünü açıqladı

Mayor və kapitanın öldüyü açıqlanıb

Ermənistan Müdafiə Nazirliyi cəbhə xəttində itkilər verdiyini etiraf etməyə başlayıb. Nazirliyin mətbuat katibi Şuşan Stepanyan özünün feysbuk səhifəsində paylaşdı\ı statusda bildirib ki, Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan ölüb.

Bildirilir ki, Qaruş Ambartsumyan 1989-cu ildə anadan olub, 2015-ci ildən mühəndislik və sapyor bölüyünün komandiri olub. Sos Elbakyan 1992-ci ildə anadan olub.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Ermənistan ordusunun verdiyi itkilər daha çoxdur.

Basta