Azərbaycana ÜST tərəfindən təsdiqlənmiş vaksinlər gətirildi

COVAX platforması çərçivəsində Azərbaycanda koronavirus əleyhinə istifadə olunması üçün  84 000 doza  “Vaxzevria” vaksini gətirilib. “Report”un məlumatına görə, vaksini gətirən təyyarə artıq Bakıya eniş edib.

 

İngiltərə-İsveç birgə şirkətinin istehsal etdiyi bu vaksinə elmi dairələrdə “Oksvord” vaksini də deyilir. Bu, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilmiş 3 vaksindər biridir.  ÜST 31 dekabr 2020-ci il tarixində Pfizer / BioNTech, 15 fevralda AstraZeneca, martın 15-də isə “Johnson & Johnson” peyvəndini təsdiqləyib.  Qeyd edək ki, Azərbaycanda artıq istifadədə olan  Çinin Sinavak, coronovak, Rusiyanın Sputnik-V   vaksinləri ÜST tərəfindən təsdiq edilməyib.

 

Qeyd edək ki, ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza “Vaxzevria” vaksininin idxalı nəzərdə tutulub.  Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza “Pfizer-BioNTech” vaksini gətiriləcək.

 

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” peyvəndi ilə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb.

 

Basta