“General Polad Həşimova Milli Qəhrəman adı verilsin”
Bu təkliflə Müsavat başqanı Arif Hacılı çıxış edib.
“Əfsanəvi generalımız Həzi Aslanovdan sonra döyüş meydanında həlak olan, şəhid olan generalımız Polad Həşimov oldu.
General Həşimovu tanıyanların dediyinə görə cəsur döyüşçü, bacarıqlı komandir olmaqla yanaşı, həm də əfsanəvi şəxsiyyət imiş.
Əminəm ki, şəhid generalımız Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan döyüşçülərimizin əsas simvollarından birinə çevriləcək.
Polad Həşimova Milli Qəhrəman fəxri adının verilməsini, Şəhidlər Xiyabanında, Həzi Aslanovun abidəsinə yaxın olan bir ərazidə dəfn olunmasını təklif edirəm” – deyə Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.
Allah rəhmət eləsin!
Basta