Əliyevlə Lukaşenko nələrdən danışıb?
Azərbaycanın dövlət başçısı İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenko ilə rəsmi görüşdə işğaldan azad edilmiş ərazilərin bərpasından danışaraq Belarus şirkətlərinin aqrosənaye kompleksləri yaradılması təcrübəsini qeyd edib.
“Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur,”- Əliyev deyib.
Buna cavabında Belarus prezidenti işğaldan azad olunmuş ərazilərdə çox ağır işlər görülməli olduğunu deyib.
“Qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir… Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik. Əgər biz razılığa gəlsək, – bizdə həmişə belə olub, – biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur,”- Lukaşenko deyib.
BBC