Ermənistan prezidentinə qarşı cinayət işi açıldı

Ermənistan Baş prokurorluğu prezident Armen Sarkisyanın ikili vətəndaşlığı olmasının gizlədilməsi ilə əlaqədar cinayət işi qaldırılib.

 

Bu barədə Ermənistanın Vəkillər Palatasının rəhbəri Ara Zohrabyan özünün Facebook səhifəsində məlumat verib.

 

Bildirilir ki,  martın 30-da 53 vəkil prezident Armen Sarkisyanın ikili vətəndaşlığı  olması faktının gizlədilməsi ilə əlaqədar müraciət  təqdim etsə də, Xüsusi İstintaq Xidməti cinayət işi qaldırmaqdan imtina edib. Lakin vəkillər bu qərardan apellyasiya şikayəti veriblər.

 

Zohrabyan bildirib ki, həmin şikayət əsasında Baş Prokurorluq istintaq xidmətinin qərarını ləğv edərək,  Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi ilə (sənədlərin saxtalaşdırılması, onların icrası və ya istifadəsi) cinayət  işi açıb.

 

Onun sözlərinə görə, prokurorluğun qərarında  Armen Sarkisyanın İngiltərə vətəndaşlığına 2011-ci ildə deyil, daha sonra xitam verilməsi barədə iddianın əsaslı olduğu qeyd edilir.

 

Vəkillərin iddia ərizəsində bildirilir ki,  Armen Sarkisyanın Böyük Britaniya vətəndaşlığına 2012-ci ilin noyabr ayında xitam verilib.  Ermənistan Konstitusiyasına görə, ən azı altı il Ermənistan vətəndaşı olan şəxs prezident seçilə bilər. İddia ərizəsində qeyd olunur ki,  Sarkisyan qanunun bu tələbini pozaraq,  2 mart 2018-ci ildə prezident  seçilib.

 

Basta