Putin Baydenlə iyunun 16-da Cenevrədə görüşəcək
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə iyunun 16-da Cenevrədə görüşəcək. Bu, Bayden vəzifəyə başlayandan bəri iki liderin ilk görüşü olacaq.
Hər iki ölkənin paytaxtlarının mayın 25-dəki tarixi açıqlamalarında deyilir ki, görüş ABŞ və Rusiya arasındakı gərginliyin artdığı bir vaxt baş verəcək.
“ABŞ-Rusiya münasibətlərində proqnozlaşdırılmanı və sabitliyi bərpa etməyə çalışdığımız üçün liderlər bütün aktual problemləri müzakirə edəcək” – deyə, Ağ Evin bəyanatında bildirilib.
Kreml öz açıqlamasında görüş zamanı Rusiya-Amerika münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri, strateji sabitlik, regional münaqişələrin həlli, və koronavirus pandemiyasına qarşı mübarizədə qarşılıqlı əlaqələr kimi gündəmdəki aktual məsələlərin müzakirə ediləcəyini bildirib.
Mart ayında Bayden Putinin “qatil” olduğuna inandığını deməsi və Moskvanın Vaşinqtondakı səfirini məsləhətləşmələr üçün geri çağırması diplomatik mübahisəyə səbəb olub.
Bayden ilk dəfə Putinə zirvə görüşünü aprel ayında telefonla danışdığı zaman təklif edib. Belə ki, onun administrasiyası prezidentliyinin ilk üç ayında ikinci dəfə Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə hazırlaşıb.
Ağ Ev rəsmiləri sammitin detallarını müzakirə etdiklərini bildirib. Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan rusiyalı həmkarı Nikolay Patruşevlə görüşün təfərrüatlarını müzakirə edib.
Ağ Ev dəfələrlə Rusiya ilə “sabit və proqnozlaşdırıla bilən” əlaqələr axtardığını deyib. Ağ Ev eyni zamanda Putini keçən il ABŞ-dakı prezident seçkilərinə Moskvanın müdaxiləsində və Birləşmiş Ştatlara qarşı SolarWinds kiber casusluq kampaniyasına görə günahlandırıb.
Bayden administrasiyası Moskvanı Kremlin tənqidçisi Aleksey Navalnını həbs etməsi və agentlərinin Əfqanıstandakı ABŞ əsgərlərinə qarşı hücuma görə Talibanı mükafatlandırıldığını açıq şəkildə etiraf etməsinə görə də tənqid edib.
Amerikanın səsi