Bu gün Avro-2020 başlayır – Oyunların tam siyahısı
Bu gün Avro-2020-yə start veriləcək.
İlk oyun günündə bir matç keçiriləcək. Turnirin açılış oyununda İtaliya Türkiyə ilə qarşılaşacaq. Romadakı “Olimpiko” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq, Qol.az xəbər verir.
Koronavirus pandemiyasına səbəbindən ötən il keçirilməyən və bu ilə təxirə salınan Avro-2020 iyunun 11-dən iyulun 11-dək davam edəcək. Sayca 16-cı olacaq Avropa çempionatının oyunlarına 11 şəhər – Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Sevilya (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.
Qeyd edək ki, Avropa çempionatının son qalibi Portuqaliya millisidir.
11 iyun
23:00. İtaliya – Türkiyə
Roma, “Olimpiko” stadionu
Baş hakim: Denni Makkelin (Niderland)
UEFA AVRO 2020-nin yeni qrafikinə görə, 12 ev sahibi şəhərin hamısı ilkin planda nəzərdə tutulan oyunlara ev sahibliyi edəcək.
Oyunların tam siyahısını yüklə
Dəyişdirilmiş tarixlər UEFA İcraiyyə Komitəsi tərəfindən 17 iyunda təsdiq edilib və turnir 2021-ci ilin 11 iyun-11 iyul tarixləri arasında keçiriləcəkdir. UEFA AVRO 2020 mart ayında COVİD-19 pandemiyası səbəbilə təxirə salınıb. .
Püşkatma
A qrupu (Roma/Bakı): Türkiyə, İtaliya (ev sahibi), Uels, İsveçrə
B qrupu (Kopenhagen/Sankt Peterburq): Danimarka (ev sahibi), Finlandiya, Belçika, Rusiya (ev sahibi)
C qrupu (Amsterdam/Buxarest): Hollandiya (ev sahibi), Ukrayna, Avstriya, Şimali Makedoniya
D qrupu (London/Qlazqo): İngiltərə (ev sahibi), Xorvatiya, Şotlandiya (ev sahibi), Çex Respublikası
E qrupu (Bilbao/Dublin): İspaniya (ev sahibi), İsveç, Polşa, Slovakiya
F qrupu (Münhen/Budapeşt): Macarıstan (ev sahibi), Portuqaliya (son turnirin qalibi), Fransa, Almaniya (ev sahibi)
Qrup mərhələsi (saatlar Bakı vaxtı ilə göstərilib)
Cümə günü, 11 iyun
A qrupu : Türkiyə – İtaliya (23:00, Roma)
Şənbə, 12 iyun
A qrupu: Uels – İsveçrə (17:00, Bakı)
B qrupu: Danimarka – Finlandiya (20:00, Kopenhagen)
B qrupu: Belçika – Rusiya (23:00, Sankt Peterburq
Bazar günü, 13 iyun
D qrupu: İngiltərə – Xorvatiya (17:00, London)
C qrupu: Avstriya – Şimali Makedoniya (20:00, Buxarest)
C qrupu: Hollandiya – Ukrayna (23:00, Amsterdam)
Bazar ertəsi, 14 iyun
D qrupu: Şotlandiya – Çex Respublikası (17:00, Qlazqo)
E qrupu: Polşa – Slovakiya (20:00, Dublin)
E qrupu: İspaniya – İsveç (23:00, Bilbao)
Çərşənbə axşamı, 15 iyun
F qrupu: Macarıstan – Portuqaliya (20:00, Budapeşt)
F qrupu: Fransa – Almaniya (23:00, Münhen)
Çərşənbə, 16 iyun
B qrupu: Finlandiya – Rusiya (17:00, Sankt Peterburq)
A qrupu: Türkiyə – Uels (20:00, Bakı)
A qrupu: İtaliya – İsveçrə (23:00, Roma)
Cümə axşamı, 17 iyun
C qrupu: Ukrayna – Şimali Makedoniya (17:00, Buxarest)
B qrupu: Danimarka – Belçika (20:00, Kopenhagen)
C qrupu: Hollandiya – Avstriya (23:00, Amsterdam)
Cümə, 18 iyun
E qrupu: İsveç – Slovakiya (17:00, Dublin)
D qrupu: Xorvatiya – Çex Respublikası (20:00, Qlazqo)
D qrupu: İngiltərə – Şotlandiya (23:00, London)
Şənbə, 19 iyun
F qrupu: Macarıstan – Fransa (17:00, Budapeşt)
F qrupu: Portuqaliya – Almaniya (20:00, Münhen)
E qrupu: İspaniya – Polşa (23:00, Bilbao)
Bazar günü, 20 iyun
A qrupu: İtaliya – Uels (20:00, Roma)
A qrupu: İsveçrə – Türkiyə (20:00, Bakı)
Bazar ertəsi, 21 iyun
C qrupu: Şimali Makedoniya – Hollandiya (20:00, Amsterdam)
C qrupu: Ukrayna – Avstriya (20:00, Buxarest)
B qrupu: Rusiya – Danimarka (23:00, Kopenhagen)
B qrupu: Finlandiya – Belçika (23:00, Sankt Peterburq)
Çərşənbə axşamı, 22 iyun
D qrupu: Çex Respublikası – İngiltərə (23:00, London)
D qrupu: Xorvatiya – Şotlandiya (23:00, Qlazqo)
Çərşənbə, 23 iyun
E qrupu: Slovakiya – İspaniya (20:00, Bilbao)
E qrupu: İsveç – Polşa (20:00, Dublin)
F qrupu: Almaniya – Macarıstan (23:00, Münhen)
F qrupu: Portuqaliya – Fransa (23:00, Budapeşt)
Hər qrupda ilk iki yeri tutan komanda və üçüncü yeri tutanlar arasında dörd ən yüksək göstəricisi olan komanda növbəti mərhələyə keçir.
İstirahət günləri: 24 və 25 iyun
Final mərhələləri
1/8 final mərhələsi
Şənbə, 26 iyun
1: A qrupunun 2-cisi – B qrupunun 2-cisi (20:00, Amsterdam)
2: A qrupunun 1-cisi – C qrupunun 2-cisi (23:00, London)
Bazar günü, iyun 27
3: C qrupunun 1-cisi – D/E/F qrupunun 3-cüsü (20:00, Budapeşt)
4: B qrupunun 1-cisi – A/D/E/F qrupunun 3-cüsü (23:00, Bilbao)
Bazar ertəsi, 28 iyun
5: D qrupunun 2-cisi – E qrupunun 2-cisi (20:00, Kopenhagen)
6: F qrupunun 1-cisi – A/B/C qrupunun 3-cüsü (23:00, Buxarest)
Çərşənbə axşamı, 29 iyun
7: D qrupunun 1-cisi – F qrupunun 2-cisi (20:00, Dublin)
8: E qrupunun 1-cisi – A/B/C/D qrupunun 3-cüsü (23:00, Qlazqo)
İstirahət günləri: 30 iyun və 1 iyul
1/4 final mərhələsi
Cümə günü, 2 iyul
1-ci 1/4 final: 6-cı cütün qalibi – 5-ci cütün qalibi (20:00, Sankt Peterburq)
2-ci 1/4 final: 4-cü cütün qalibi – 2-ci cütün qalibi (23:00, Münhen)
Şənbə, 3 iyul
3-cü 1/4 final: 3-cü cütün qalibi – 1-ci cütün qalibi (20:00, Bakı)
4-cü 1/4 final: 8-ci cütün qalibi – 7-ci cütün qalibi (23:00, Roma)
İstirahət günləri: 4 və 5 iyul
Yarımfinal mərhələsi
Çərşənbə axşamı, 6 iyul
1-ci yarımfinal: 2-ci 1/4 finalın qalibi – 1-ci 1/4 finalın qalibi (23:00, London)
Çərşənbə, 7 iyul
2-ci yarımfinal: 4-cü 1/4 finalın qalibi – 3-cü 1/4 finalın qalibi (23:00, London)
İstirahət günləri: 8, 9, 10 iyul
Final
Bazar günü, 11 iyul
1-ci yarımfinalın qalibi – 2-ci yarımfinalın qalibi (23:00, London)
Basta