Müsavat başqanı 14 iyul aksiyasına görə tutulanların azad olunmasını tələb edir

“14 iyul yürüşü Azərbaycan tarixinə milli həmrəylik, ordumuza dəstək günü kimi daxil olacaq. İndi təbliğ edilməli olan həmin möhtəşəm tədbirdə iştirak edənlərin kütləvi həbsi, xüsusilə AXCP üzvlərinin əvvəlcədən elan edilən bir göstərişlə cinayət məsuliyyətinə cəlb olunması vətən sevgisiylə yanan cəmiyyətin söndürülməsinə, ümumi ruh düşkünlüyünün yaranmasına xidmət edir. Mümkün həmrəylik imkanlarının üzərindən xətt çəkir”.

Bunu Müsavat başqanı Arif hacılı özünün feysbuk səhifəsində yazıb.

“Qorxu və nifrət üzərindən qurulan siyasət davam etdikcə, Qarabağ, ərazilərimizin işğaldan azad edilməsi də daxil olmaqla ümummilli məsələlərdə uğursuzluqlarımız davam edəcək. Cəmiyyəti yalnız sevgi ilə, həmrəylik yolu ilə səfərbər etmək, dövləti yalnız bu yolla xilas etmək mümkündür” – deyə, Arif Hacılı əlavə edib.

Müsavat başqanı ölkədə repressiyalara son qoyulmasını, siyasi məhbusların azad olunmasını tələb edib.

Qeyd edək ki, Bakıda 14-15 iyul tarixində Milli Orduya dəstək məqsədilə parlament binasının qarşısında keçirilən spontan mitinq təxribat törədilərək dağıdılıb. Bundan sonra onlarla aksiya iştirakçısı saxlanılıb. Aksiyada iştirak etdiyinə görə 5 AXCP üzvünün barəsində həbs qətimkan tədbiri seçilib.

Basta