Niyaməddin Əhmədovun aclığa başladığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəallarından  Niyaməddin Əhmədovun sentyabrın 24-dən,  Zamin Salayevin isə 2 həftədən çoxdur aclıq aksiyası keçirdikləri bildirilir.

 

Bu barədə Azadlıq Rdiosuna AXCP-dən məlumat veriblər. Partiyadan vurğulandığına görə, Üstəlik Niyaməddin Əhmədov koronavirus xəstəliyinə yoluxub:

 

“ Niyaməddin Əhmədova həbs edildiyi dövrdən yaxınlarına zəng etməyə də icazə verilmir”

 

Niyaməddin Əhmədov COVİD-19 şübhəsilə həbsxanadan Penitensiar Xidmətin xəstəxanasına köçürülüb. Bu barədə Turan-a vəkil Zibeydə Sadıqova bildirib.

 

Vəkil həmçinin qeyd edib ki, iki gün öncə məhkəmə prosesində Əhmədov özünü pis hiss edirdi.

 

Xatırladaq ki, sentyabrın 22-də prokuror Əhmədovun 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.