Ermənistanın keçmiş müdafiə naziri korrupsiya ittihamı ilə həbs edildi

Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanın xüsusilə böyük miqdarda mənimsəmə şübhəsi ilə həbs olunduğunu açıqlayıb.
Silah ticarətilə məşğul olan David Qalstyan da onunla birlikdə saxlanılıb.

 

Baş prokurorluda ölkənin Silahlı Qüvvələrinin ehtiyacları üçün döyüş sursatı alarkən çoxsaylı qanun pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə əlaqədar cinayət işi  açılıb.

 

Tonoyan və Qalstyan, təxminən 2.3 milyard dram (təxminən 4.7 milyon dollar) mənimsəməkdə, ictimai təhlükəli hərəkətlər  və saxtakarlıq etməkdə şübhəli bilinirlər.  Vəzifə səlahiyyətlərindən sui -istifadə və saxtakarlıqda şübhəli bilinən  bir sıra digər hərbi qulluqçular da məsuliyytə cəlb edilib.

 

SNB bildirir ki, bütün cinayət zəncirini tam şəkildə açmaq və onunla əlaqəsi olan bütün şəxsləri müəyyən etmək üçün genişmiqyaslı əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

 

Basta