Əli Kərimli və Məmməd İbrahimin həbs müddəti uzadılıb
AXCP sədri Əli Kərimlinin həbs müddəti daha 5 ay uzadılıb.
Bununla bağlı iyunun 10-da Səbail Rayon Məhkəməsində qərar verilib, AXCP bildirib.
Yerli media yazıb ki, Prezident Adminstarsiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığı müddəti, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də həbs müddəti uzadlıb.

