Rusiyada OZON-a ardıcıl PUA hücumları: üç gündə üç anbar vuruldu
Avqustun 24-də Rusiyanın Dağıstan vilayətində pilotsuz uçuş aparatları (PUA) OZON şirkətinin logistika kompleksinə hücum edib. Ambarda başlayan yanğını söndürmək mümkün olmayıb.
Avqustun 23-nə keçən gecə isə Orenburq vilayətində Ozon şirkətinin anbarı vurulub.
Bu, son üç sutka ərzində Ukrayna PUA-larının OZON şirkətinin anbarlarına üçüncü hücumudur. Avqustun 22-də Samara vilayətində şirkətin digər anbarı hücuma məruz qalmışdı.
Bundan əvvəl isə Rusiyada digər marketplace şirkəti Wildberries-in 10-dan çox anbarının PUA hücumlarına məruz qaldığı bildirilmişdi.

