ManşetSiyasət

Müsavat Divanının gündəliyi

 

Sentyabrın 14-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər müzakirə olunub, təşkilati məsələlərə baxılıb. Sentyabrın 26-da saat 11:00-da Müsavat Məclisinin növbəti sessiyasının keçirilməsi qərara alınıb.

Sentyabrın 15-də saat 14:00-da Bakının işğaldan azad olunmasının 108 ildönümü ilə bağlı paytaxtdakı Şəhidlər Xiyabanında yerləşən Türk Şəhidliyinin ziyarət olunması barədə qərar qəbul olunub.

Ölkədəki ictimai-siyasi vəziyyət və partiyanın qarşısında duran vəzifələr müzakirə olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində QHT təmsilçisi Anar Məmmədliyə 13 il, ictimai fəal Anar Abdullayevə 12 il həbs cəzası verilməsi pislənilib. Həmçinin “Meydan TV işi” üzrə məhkəmə prosesi barədə məlumat verilib. Bildirilib ki, sentyabrın 14-də məhkəmədə ifadə verən jurnalistlər Nurlan Libre və Ülviyyə Əli, onlara qarşı ittihamların əsassız olduğunu qeyd ediblər. Divan siyasi məhbusların azadlığa buraxılmasını və ölkədə repressiyaların dayandırılmasını bir daha tələb edilib.

Regionda və dünyada gedən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda cari məsələlər müzakirə olunub.