Xudatdakı 4 saylı məktəbdə dərslər dayandırıldı: Müəllimlər etiraz edir
Xudat şəhər 4 saylı məktəbdə dərslər dayandırılıb. Bu haqda Müsavatın Məclis üzvü Ramazan Əliyev məlumat paylaşıb.
“Yeni tədris ilində, müəllimlər etiraz əlaməti olaraq, nümayişkəranə şəkildə dərsə girməkdən imtina ediblər. Şagirdlər, dərs keçilmədən evlərinə buraxılıb.
Sızan məlumatlara görə, müəllimlər aldadıldıqlarını bildirirlər. Sabahda etiraz əlaməti olaraq Elm və Təhsil nazirliyinin, Quba-Xaçmaz regional təhsil idarəsinə gedəcəklərini vurğulayıblar” – deyə, Ramazan Əliyev vurğulayıb.
O, həmçinin dövlət qurumlarını məsələyə münasibət bildirməyə çağırıb: “Hadisədən dəqiq məlumatı olan rəsmi şəxslərdən xahiş edirik ki,valideyin və şagirdlərə dürüst məlumat verəsiniz” .

