AXCP-nin daha 3 üzvü saxlanılıb
Bu gün, iyulun 26-da saat 12 radələrində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim-in saxlandığı bildirilir. Bu barədə Azadlıq Radiosuna onun oğlu Turan İbrahim danışıb.
Gəncin qeyd etməsinə görə, atası bir neçə gün əvvəl həbs olunan qardaşı Mehdi İbrahimə yemək apararkən saxlanıb. Turan İbrahim əlavə edib ki, atasının Bakı Baş Polis İdarəsinə aparıldığını ehtimal edir:
“Çünki atamı saxlayan mülki formalı şəxslər özlərini Bakı Baş Polis İdarəsinin əməkdaşı kimi təqdim ediblər. Bundan əlavə məlumat yoxdur”.
İyulun 26-də AXCP Sabunçu rayon təşkilatının üzvü Elnur Yusifov və Suraxanı şöbəsinin üzvü Sarvan Cumayevin də saxlandığı deyilir. Bu barədə məlumat yayan AXCP üzvülərinin vurğulamasına görə, onlar barəsində də əlavə informasiya almaq mümkün olmayıb. Amma bu məlumatları, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Məmməd İbrahimin oğlu Mehdi İbrahim Cinayət Məcəlləsinin (CM) 139-1.1-ci (antiepidemiya, sanitariya-gigiyena və karantin rejiminin pozulması, xəstəliyin yayılmasına səbəb olduqda və ya buna təhlükə yaratdıqda) maddəsi ilə ittiham olunub.
Turan