“Türkiyə də cəlb edilməklə, GUAM TUGAM-a çevrilsin”-ARİF HACILIDAN MARAQLI TƏKLİF
Güney Qafqazın xilası Azərbaycan-Türkiyə birliyi, bu birliyin Gürcüstan dövləti ilə dərinləşən əməkdaşlığına bağlıdır.
Etikxeber.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
Qeyd edib ki, hədəf Türkiyənin də daxil olduğu GUAM birliyinin yeni keyfiyyətdə, TUGAM birliyi kimi bərpası olmalıdır.
“Bu dövlətlərin (Türkiyə, Ukrayna, Gürcüstan, Azərbaycan, Moldova) siyasi, iqtisadi, hərbi birliyi üzv ölkələrin ərazi bütövlüyü, təhlükəsizliyi, regionun şimal təhlükəsindən xilas olması üçün ən uğurlu yoldur”-deyə, o, əlavə edib.
Etikxeber.az