Soçi görüşündə kim uduzdu, kim uddu?

Mustafa Hacıbəyli

 

Soçidə İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşdə müqavilə imzalanmadı. Deməli, razılığa gəlinməyib. Nəticənin olmaması da bir nəticədir.

 

Ermənistan məğlub olmasına rəğmən Azərbaycanın sərhədini yenə tanımadı, yəni ordumuzun qələbəsi rəsmi sülh müqaviləsi ilə təsdiqlənmədi. Zəngəzur dəhlizi ilə bağlı verilən gurultulu bəyanatlar da hələlik havada qaldı.
Amma digər yandan bəzi təhlükələr də hələlik sovuşdu – məsələn, Rusiyanın “sülhməramlı” qüvvələrinin Qarabağa yerləşdirilməsi qanuniləşmədi.

 

Putin növbəti dəfə dünyaya özünün bu bölgədə söz sahibi olduğunu nümayiş etdirməyə çalışdı. Putinə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yox, bu iki dövlətin rəhbərinin onun hüzurunda oturması lazım idi – şəkil ortadadır.

 

Ordusu məğlub olan Paşinyan diplomatik savaşın bu mərhələsində heç-heçəyə nail ola bildi.

Əliyev efirdə təhqir etdiyi adamla görüşməklə, Soçi zirvəsinin ən çox itirən personası oldu.

Bu görüşün ən çox qazananları isə Ermənistana qaytarılan 2 nəfər oldu.