Deputata məxsus oduğu deyilən çimərlik bağlandı
Ermənistanda hakim partiyanın deputatı Hayk Sarkisyana məxsus oduğu deyilən White Shorja çimərliyi bağanıb. “Sputnik”in məlumatına görə, ölkənin Ətraf mühit naziri Romanos Petrosyanın göstərişi ilə bu çimərlikdə qanunsuz oaraq quraşdırılmış pavilyonlar söküləcək.
Sevan gölünün sahilində yerləşən bu çimərlik, “Mənim addımım” blokunun deputatı Hayk Sarkisyanın burada təşkil edilən əyləncələrdən birində görünməsindən sonra mediada və sosial şəbəkələrdə böyük “populyarlıq” qazanıb. Həmin görüntülərdə, ölkədəki karantin rejimi dövründə sosial məsafəni qorumaq və qələbəikdən yayınmaq barədə hakimiyyətin etdiyi daimi çağırışlara baxmayaraq, Sarkisyanın bir çox başqa insanarla əyləndiyi əks olunub.
Deputat bu görüntüəri kurortda tətildə olması və maskasını bir anlıq çıxarması ilə izah edərək, vətəndaşlardan üzr istəyib.
Bundan əvvəl Ermənistan mediasında White Shorja çimərliyinin Hayk Sarkisyanın özünə məxsus olduğu barədə məlumatlar yayılıb, hətta onun kassanın yanında dayandığını əks etdirən fotolar dərc olunub.
Basta