Almatada yanvar etirazlarından sonra ilk mitinq keçirildi
Fevralın 5-də Qazaxstanın Almatı şəhərində mitinq keçirilib. AzadlıqRadiosunun yerli bürosunun məlumatına görə, faciəli Yanvar hadisələrindən sonra baş tutan ilk dinc aksiya Elmlər Akademiyasının binası yaxınlığındakı meydanda keçirilib. Mitinqin keçirildiyi ərazi polis tərəfindən mühasirəyə alınıb.
Aksiya yanvar ayında keçirilən etirazlarda həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mitinqdə çıxış edənlər yerli icra hakimiyyəti orqanının başçısının birbaşa seçilməsini, eləcə də şəhərin indiki merinin vəzifədən azad edilməsini tələb ediblər.
Mitinqdə yanvar hadisələri ilə bağlı saxlanılanların yaxınları iştirak edib. Aksiya iştirakçıları yaxınlarına işgəncə verildiyini bildirib və onların azadlığa buraxılmasını tələb edib.
Bəzi çıxışlarda yanvar hadisələri zamanı dinc əhalinin ölümündə günahlandırılan prezident Kasım-Jomart Tokayevin istefası tələb edilib. Xatırladaq ki, Tokayev iğtişaşlar zamanı fövqəladə vəziyyət tətbiq edərək, etirazçılara “xəbərdarlıq etmədən atəş açmaq” barədə əmr verib.
Basta