Müsavatçılar Elmar Hüseynovun məzarını ziyarət etdi

“Monitor” jurnalının yaradıcısı və baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsindən 17 il ötür.
.
Martın 2-də Müsavat Partiyasının rəhbəriyi və bir qrup fəalı  jurnslistimizin məzarını ziyarət edib. Partiya başqanı Arif Hacılı və Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Elmar Hüseynovun qətli  və Azərbaycanda hakimiyyətin azad sözə qarşı artmaqda olan basqıları mövzusunda çıxış ediblər.
.

Elmar Hüseynov kəskin araşdırmaları ilə tanınan və hakimiyyəti sərt tənqid edən jurnalist idi. 2005-ci ilin martın 2-də Elmar Hüseynov sifarişli hesab olunacaq qədər planlı olan bir sui-qəsd nəticəsində qətlə yetirilib. Çoxsaylı ölüm təhdidləri alan 37 yaşlı jurnalist sonda Bakıda yaşadığı binanın pilləkənlərində odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hüseynovun ölümü geniş beynəlxalq rezonans doğurub. Onun qətlindən sonra Azərbaycanda ifadə azadlığının durumu sürətlə pisləşməyə başlayıb. Qətldən 17 il vaxt keçməsinə baxmayaraq, hökumət bu qətli adekvat şəkildə araşdırmayıb və qətlə görə heç kim məsuliyyətə cəlb olunmayıb.

 

Elmar Hüseynov ailəli idi. Ölümündən sonra həyat yoldaşı və Aslan adlı bir oğlu qalıb. Atası qətlə yetiriləndə Aslan 1 yaş, 4 aylıq idi. 2006-cı ilin sonlarında jurnalistin ailəsi Norveçdən siyasi sığınacaq alaraq, bu ölkəyə mühacirət ediblər.

 

Basta