ABŞ 5 İran tankerini vurdu, Tehran əks hücuma keçdi
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın istifadə etdiyi İordaniyanın Əl-Əzraq bölgəsindəki hərbi bazaya ballistik raketlərlə zərbə endirdiyini açıqlayıb.
SEPAH həmçinin Hörmüz boğazında 10 gəmiyə hücum edildiyini bildirib.
Bu hücumlar ABŞ ordusunun İranın beş neft tankerini məhv etdiyini açıqlamasından sonra baş verib.
İranın hücumları ABŞ və İran arasında son bir ay davam edən nisbi sakitliyin pozulmasına səbəb olub. Qarşılıqlı zərbələr hərbi obyektlərlə yanaşı, gəmiçilik və enerji sektoruna da təsir göstərib.
İordaniya hərbçiləri İran tərəfindən atılan raketlərin böyük hissəsinin hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirildiyini açıqlayıb. ABŞ isə beş İran tankerinin məhv edilməsini İranın əvvəlcə ABŞ hərbi gəmisinə ballistik raketlərlə hücum etməsinə cavab kimi təqdim edib.
Gərginliyin kəskin artması dünya neft bazarında da ciddi narahatlıq yaradıb. Brent markalı neftin qiyməti 100 dollar/barel həddinə yaxınlaşıb.
Beləliklə, altı aydan artıqdır davam edən ABŞ-İran müharibəsində qarşılıqlı hücumların yenidən genişlənməsi Yaxın Şərqdə münaqişənin daha böyük regional qarşıdurmaya çevrilməsi riskini artırıb.

