Dünyada demokratiyanın 4-cü dalğası başlayır
Ukrayna xalqı bu günlərdə şərə qarşı, işğala qarşı mübarizənin ən yeni tarixini yazır.
Bu müqavimətin əsas alətlərindən biri də mitinqlərdir. İşğal altında olan Xersonda insanların əli silahlı düşmənə qarşı dinc mitinq keçirməsi dünyada demokratik mübarizə tarixinin ən parlaq səhifələrindən biri olacaq.
Biz də şərə qarşı mübarizədə yenidən mitinqlərə start verməliyik. Ukraynanın cəsur xalqı nəinki avtomat, hətta raket zərbələrindən çəkinmir, biz də polis dəyənəyindən çəkinməli deyilik.
Dünyada demokratiyanın yeni – 4-cü dalğası başlayır. Putin, Lukaşenko, Əsəd rejimləri tezliklə məhv olacaq. Bu dalğanı tutub biz də Azərbaycanı azad, demokratik bir dövlətə çevirməliyik.
Mustafa Hacıbəyli
Basta