Rusiya hərbçiləri “New York Times”ın müxbirini güllələdi – FOTO
Rusiya hərbçiləri Kiyev vilayətinin İrpen şəhərində “New York Times” qəzetinin əməkdaşını güllələyib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib.
“İşğalçılar rus qoşunlarının Ukraynadakı vəhşilikləri barədə həqiqəti göstərməyə çalışan beynəlxalq jurnalistləri də öldürürlər. Bu gün İrpendə dünyaca məşhur “Nyu York Tayms”ın 51 yaşlı müxbiri güllələnib”, – deyə Geraşenko deyib.
Atəş zamanı daha bir jurnalist yaralanıb. Ona ilkin tibbi yardım göstərilir.