Şoyqu iki həftədir ortalıqda yoxdur

Rusiyanın müdafiə naziri Sergey Şoyqu martın 11-dən ictimaiyyət arasına və mediaya çıxmayıb. Rusiya mediasının məlumatına görə,  martın 11-də Şoyqu Türkiyənin müdafiə naziri Hulusi Akar ilə telefon danışığı aparıb, həmçinin Mandrik Mərkəzi Hərbi Klinik Xəstəxanasında “xüsusi hərbi əməliyyatda fərqlənən” hərbçilərə mükafatlar təqdim edib.

 

Şoyqu ilə bağlı son məlumat 18 mart tarixinə aiddir. Kremlin saytı xəbər verir ki, Müdafiə Nazirliyinin rəhbəri Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə videobağlantı vasitəsilə keçirilən görüşündə iştirak edib. Lakin Kreml görüşdən foto və videoları dərc etməyib.

“Meduza” yazır ki, adətən Şoyqu mediada çox fəaldır. Adının çəkilmədiyi mənbəyə istinadən bildirilir ki, nazirin martın 11-dən sonra ictimai yerlərdə olmaması onun “ürək problemləri” ilə bağlıdır.  Rusiya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.

 

Basta