Paşinyan Putinə Azərbaycandan şikayət etdi
Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Ermənistan mətbuatının məlumatına görə, baş nazir Paşinyan Rusiya prezidentinə Qarabağdakı vəziyyət barədə məlumat verib və təəssüflə qeyd edib ki, nəinki vəziyyət həll olunmayıb, hətta bəzi məlumatlara görə, Azərbaycan hərbi birləşmələrinin Rusiya sülhməramlının olduğu ərazidə yeni əməliyyat keçirəcəyi ehtimal olunur.
Baş nazir deyib ki, Ermənistan Rusiyanın sülhməramlı kontingentinin Azərbaycan ordusuna qarşı tədbirlər görəcəyinə ümid edir.
Qeyd edək ki Azərbaycan ordusu heç bir atəş açmadan Ağdam istiqamətindəki Fərrux dağını nəzarətə götürüb. Rusiyanın sülhməramlı qüvvələri Fərrux kəndinə nəzarət edir, lakin kənd Azərbaycan bölmələri tərəfindən mühasirəyə alınıb, burada erməni birləşmələri yoxdur və sakinlər kəndə qayıda bilmir.
Basta