Kadırovçuların Ukraynada girov götürdüyü azərbaycanlı tələbə belə azad olundu – Video

Ukraynanın Mariupol şəhərində Rusiya ordusundakı  Kadırovçular tərəfindən girov saxlanan azərbaycanlı tələbə Hüseyn Abdullayevin azad olunmasının təfərrüatı məlum olub.
Müsavat Gənclər Təkilatı İdarə Heyətinin üzvü və “Basta” saytının əməkdaşı  Ayxan Hacıbəyli tələbənin azad olunması üçün apardığı danışıqların videosunu paylaşıb.

 

Ayxan Hacıbəyli özünün feysbuk səhifəsində paylaşdığı videoya belə şərh yazıb:

 

“Məsələni çox fərqli yönlərə çəkdikləri üçün, Hüseynin azad olunmasından öncə ki, son danışıqları yayıram. Danışan 25 gün boyunca həmyerlimizə işgəncə verən “Naçalnik” deyə çağırdıqları Kadırovçudur.

 

Son danışığı Elvir ilə olmuşdu, mən isə o gün artıq öz nömrəmdən zəng vurmalı oldum. Videoda daha sonra qısa mesaj göndərirəm bu məsələdə bizə çox kömək olan bir dostuma, sonra isə ailə ilk dəfə Hüseynin azad olacağını öyrənir”.

 

Ayxan Hacıbəyli Mariupolda başqa azərbaycanlı tələbələrin də girovluqda olduğu, bəzilərinin hətta öldürüldüyünü bildirib.

 

Qeyd edək ki, Hüseyn Abdullayevin atası oğlunun azad edilməsinə görə, bu hadisədən xəbəri olmadığını bildirən Azərbaycanın Ukraynadakı səfirinə və dövlət başçısına təşəkkür edib.

.
.
Basta