Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün şərtlər qoydu – Bloomberg
Siyahıya yeni qırıcı təyyarələrin alınması və PKK-nın terrorçu kimi tanınması daxildir
Türkiyə hakimiyyəti İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verməyə hazır olduğunu bildirib, lakin bir neçə şərt irəli sürüb.
Hökumətdə olan mənbələr Bloomberg-ə bildiriblər ki, Türkiyə ilk növbədə İsveç və Finlandiyadan PKK-nı və onun uzantılarını terrorçu təşkilat kimi tanımasını tələb edir.
Həmçinin, Türkiyə F-16 qırıcılarının yeni partiyasını almağı və artıq əlində olan belə təyyarələri modernləşdirməyi gözləyir.
Bundan əlavə, Türkiyə hakimiyyəti ölkənin 2019-cu ildə Rusiyadan S-400 sistemlərini aldıqdan sonra çıxarıldığı F-35 qırıcı təyyarələri proqramına yenidən daxil ediləcəyini gözləyir.
Basta