Anar müəllim Şuşada döyüşən 5 igidimizin adını bilsəydi…
AYB-nin sədri Anar müəllim Şuşada şəkil çəkdirib və bu şəkil sosial şəbəkələrdə müzakirə mövzusu olub. Mən bu şəkilə əvvəlcə münasibət bildirmək istəmirdim, amma görürəm alınmır biganə qalmağım, münasibət bildirməməyim.
Anar 1991-ci ildən AYB-nin sədridir yəni 31 ildi. Anar müəllimin 31 dənə xalqa faydalı təklifini görməmişəm. Yəni ildə bir təklifini… Bu boyda vəzifə daşıyasan, ziyalı ailədən olasan, özün ziyalı olasan ama ziyanlı olasan! Vəzifəli şəxsin hərəkəti və yaxud hərəkətsizliyi hüquq normasında məsuliyyət yaradır!
Anar müəllim görəsən Şuşada döyüşən 5 igidimizin adını bilirmi?
Şuşa uğrunda Şəhid olan 5 Şəhidimizin adını bilirmi? Şuşa uğrunda döyüşərək yarımcan olan 5 QAZİMİZİN adını bilirmi?
Məncə bilmir! Bilsəydi əgər, özünü yandıran Qazilərimizlə bağlı bircə dəfə dodaq tərpəşdirərdi. Bir kəlmə söz deyərdi!
Bunu etməyəndən sonra Şuşada belə şəkil çəkdirməyə haqqı varmı Anar müəllimin?!
Yazı Kanal 13-ün rəhbəri Əziz Orucovun feysbuk səhifəsindən götürülüb.