Laçında Azərbaycan əsgəri öldürüldü
Erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Xəbəri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.