Kəlbəcərdə mövqelərimiz atəşə tutuldu
Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Sentyabrın 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.