Rusiyada dəhşətli qəza: qırıcı təyyarə yaşayış binasının üstünə düşdü – Video

Rusiyanın Su-34 bombardmançı təyyarəsi Krasnodar diyarının Yeisk şəhərində doqquzmərtəbəli yaşayış binasının yaxınlığında qəzaya uğrayıb.

“İnterfaks” şəhərin vahid növbətçi dispetçer xidmətinə istinadən xəbər verir ki, oktyabrın 17-də saat 18:20 radələrində tam sursatla dolu olan təyyarə “Meotida” ticarət mərkəzinin yaxınlığında, Krasnaya küçəsindəki 47/1 evin həyətində qəzaya uğrayıb. Qəzadan sonra təyyarənin sursatları partlayıb, yanğın hündürmərtəbəli binaya keçib. Çoxlu sayda ölən və yaralananlar var. Saat 22:40 radələrində olan məlumata görə, üçü uşaq olmaqla 13 nəfər ölüb, 2O-dən çox insan yaralanıb. 

 

“Mash” qəzadan əvvəl çəkilmiş videonu yayımlayıb. Partlayışdan əvvəl təyyarə alçaq hündürlükdə, evlərin damlarından yuxarı qalxır.

Təyyarənin pilotu katapultdan istifadə etdiyi üçün sağ qalıb.

Basta