Müsavat başqanı: “Azadlıq meydanında ümumxalq mitinqi keçirilməlidir”
Müsavat Partiyasının başqanı Arif Hacılı Azadlıq meydanında ümümxalq mitinqinin keçirilməsini təklif edib.
“Hakimiyyət belə bir mitinqin keçirilməsinə mane olmamalı, Azərbaycan xalqının öz iradəsini ifadə etməsinə imkan verməlidir” deyə, Arif Hacılı vurğulayıb.
Müsavat başqanı mitinqin aşağıdakı şüarlar altında keçirilməsini təklif edib:
- “Erməni silahlı birləşmələri Yuxarı Qarabağdan çıxarılsın!”
- “Yuxarı Qarabağ ərazisində başqa ölkə vətəndaşlarının məskunlaşdırılmasına son qoyulsun!”,
- “Yuxarı Qarabağ ərazisində yaşamış azərbaycanlı məcburi köçkünlər öz ata-baba yurdlarına qaytarılsın!”,
- “Azərbaycan ərazilərinin erməni-rus işğalına son qoyulsun!”
Qeyd edək ki, ötən bazar günü Xankəndidə Rusiya sülhməramlı qüvvələrinin təşkilatçılığı ilə Azərbaycan və Türkiyə əleyhinə mitinq keçirilib.