Müsavatda çətin seçki: 30 namizəddən yalnız 5-i seçildi

Noyabrın 26-da Müsavat Partiyası Məclisinin sessiyası keçirilib.

Nüşabə Sadıxlının sədrliyi ilə keçirilən iclasda təşkilati məsələlərə baxılıb və ictimasi-siyasi vəziyyət müzakirə olunub.

Başqan Arif Hacılı geniş məruzə ilə çıxış edib.

Yeni seçilən təşkilat sədrlərinin Məclis üzvü səlahiyyətləri təsdiq edilib.

Daha sonra Məclisdə və Mərkəzi Nəzarət Təftiş Komissiyasında boş qalan yerlərə seçkilər keçirilib.

Məclis üzvlüyünə 28 namizəddən yalnız 3 nəfər – Elşən Əlisoy, Ərzulla BuludluUlduzə Qəmbər lazım olan 53 və daha artıq səs  toplayaraq Məclis üzvü seçilə biliblər. Rövşən HüseynovƏhliyar Məhərrəmli MNTK üzvü seçiliblər.

Basta