Aİ-nin neft embarqosu işə düşdü – Rusiyanın 19 tankeri Türkiyə sahillərində ilişib qaldı
Dekabrın 5-də Avropa Birliyinin Rusiyaya qarşı növbəti sanksiyası işə düşüb. Söhbət Rusiya neftinə yuxarı qiymət tavanının tətbiqindən gedir. Bundan dərhal sonra Bosfor və Dardanel boğazlarında Rusiyanın neft tankerlərinin tıxacı yaranıb.
Bu barədə gəmiçilik brokerlərinin, neft treyderlərinin və peyk izləmə xidmətlərinin məlumatlarına istinadən Financial Times qəzeti yazıb. Bildirilir ki, 19 neft tankeri Türkiyə sahillərində lğvbər salmağa məcbur olub.
Yeni qaydalara əsasən tankerlərlə daşınan Rusiya neftinin qiyməti 60 dollardan yuxarı olduqda, bu yükün sığortalanması qadağandır. Məhdudiyyətlər tətbiq edildikdən sonra Türkiyə rəsmiləri neftin sığortalandığını sübut edən sənədlər tələb ediblər.
Məlumata görə, Türkiyə sahillərində olan gəmilərdəki neftin böyük hissəsi Qazaxstandakı yataqlardan çıxarılıb. Qazaxıstan nefti boru kəməri ilə Rusiyaya daxil olur və Qərbin sanksiyalarına düşmür.
Qeyd edək ki, dekabrın 5-də Avropa İttifaqının Rusiyadan neft tədarükünə embarqo tətbiq etmək barədə qərarı qüvvəyə minib. Həmin qərar dəniz yolu ilə daşınan neftin barelinin maksimum 60 dollara alınmasını nəzərdə tutur.
Basta