Dağıntılar altında nə qədər insan qalıb? Qorxunc rəqəmlər
Türkiyənin 10 şəhərində böyük dağıntılara səbəb olan zəlzələdən 75 saatdan çox vaxt keçir. Xilsetmə işləri davam etsə də, ölən və yaralananların sayı artmaqdadır.
Fevralın 9-u, saat 03.00-a olan məlumata görə, ölənlərin sayı 12 min 391, yaralananların sayı 62 min 914 nəfərə çatıb. Dağılan binaların sayı 6 min 444, qəzalı binaların sayı isə 11 min 302 olaraq açıqlanıb.
Türkiyənin məşhur zəlzələ uzmnı, geofizik professor Ahmet Ercan bildirib ki, son zəlzələ nəticəsində 200 min vətəndaş dağıntılar altında qalıb. Dağıntılar altından 8 min adamın çıxarıldığını bildirən Ercan, “Deməli, əgər hesab düzgündürsə, 192 min adam dağıntılar altındadır” – deyə, bildirib.
“Amma mötəbər şəxslər deyir ki, “Biz hər binanın altındakı adamların adlarını, soyadlarını, kimliklərini bilirik.” Əgər bilirlərsə, onda demək lazımdır, nə qədər adam var, onlar kimdir, sağ qalanlar kimlərdir?” – deyə, zəlzələ uzmanı əlavə edib.
Mənbə: “Cumhuriyet” qəzeti