Putinin sirləri açılır
Dadaş Əhmədli
Dünən Rusiya prezidenti Vladimir Putin üçün çox ağır keçib. Əslində, bir neçə görüş keçirən Putinin yalnız bir görüşü barədə məlumat verəcəm. Bu görüşdə güc bloku rəhbərliyinin üç nümayəndəsi ilə əlaqə saxlayıb. Müzakirə mövzusu “Proekt” nəşrinin Putin və onun birgə yaşadığı Alina Kabayevanın necə “pul qazanması, yaşaması və uşaq böyütməsi” ilə bağlı araşdırması olub. Əslində, bunu müzakirə adlandırmaq da çətindir. Söyüş, iddia, lənət axını və qışqırmaqdan ibarət olan bir görüş. Deyilənə görə, heç kim prezidenti belə qəzəbli görməyib. Putin dövlət sirrindən daha vacib hesab etdiyi sirri saxlamadıqlarına görə FTB rəhbərliyi günahlandırıb. Onlar dünən Vladimir Vladimiroviçi çox əsəbiləşdiriblər. İndi o, infarkt və ya insulta çox yaxındır.
Burada “Proekt” nəşrinin çəkdiyi filmin qısa məzmununu verirəm.
“Putinka” araqlarına qiymət verənlər üçün xüsusilə maraqlı ola bilər.
Araqdan gələn gəlir və Valdayda ev
Putin və Kabaeva necə yaşayır? Rusiya diktatorunun həyatı ilə bağlı yeni araşdırmada deyilir ki, Vladimir Putin və gimnast, övladlarının anası ehtimal edilən Alina Kabaeva ilə Valdaydakı iqamətgahda yaşayırlar. Rusiya diktatoru Vladimir Putinin şəxsi həyatı getdikcə daha çox jurnalist araşdırmaları sayəsində kölgədən çıxır. “Project” nəşri Putinin hansı vəsaitlə əmlak aldığını və birgə yaşadığı Alina Kabayevanı necə əyləndirdiyini öyrənib. “Proekt”ə görə, Putinin əsas maliyyə mənbəyi – Putin üçün vacib olan müəssisələrdə pay sahibi olan Kipr şirkəti Ermira Consultantsdır. Ermira, əsasən, “Putinka” araq ticarət nişanına sahib olan “eal Invest” şirkətinə nəzarət edir. Putin və onun ətrafı faktiki olaraq satılan hər şüşə araqdan pul alır. Jurnalistlər prezidentin ən yaxın dostlarından birinin keçmiş biznes meneceri ilə görüşüb, o, Ermiranın da daxil olduğu gizli maliyyə şəbəkəsini idarə edir.
Müsahib bildirib ki, 2015-ci ilə qədər şirkət formal olaraq bir şəxsə – Sankt-Peterburqdan olan vəkil Vladislav Kopılova məxsus olub, amma əslində, Putin və onun qohumları üçün alış-veriş Ermiranın hesablarından ödənilib. Bu pulla da mənzillər, evlər alıblar. 2015-ci ildən bəri ofşor sahiblik çox güman ki, oliqarx Arkadi Rotenberqin adamlarına keçib. Nəşrə məlumar verən mənbə qeyd edib ki, Putinin qohumları şəxsən Rotenberq, Yuri Kovalçuk və onların tabeliyində olanlarla görüşüb, onlara lazım olanı deyiblər. Bundan sonra onlar Ermiranın pulu ilə mənzil alıblar: məsələn, 2011-ci ildə Kabayeva bu pulla Soçidə dörd mənzil alıb və etibarlı şəxslərin adına rəsmiləşdirib. Əsasən, Kabayevanın şəhərətrafı qəsəbədə köhnə bir kənd evində yaşayan nənəsinin adına.
Gizli dəmir yolu və zirehli qatar
Jurnalistlər Putin və Kabayevanın Valdaydakı iqamətgahda birlikdə yaşadığını öyrəniblər. Kabaeva və uşaqlar üçün iqamətgahın ərazisində ayrıca taxta ev tikilib. Yaşayış yerinin ətrafı qanunla qorunan Valday Milli Parkının ərazisi də daxil olmaqla qorunan ərazilərdir. 2018-ci ildə Putin üçün gizli dəmir yolu çəkilib və o, iqamətgahına, ehtimal ki, zirehli qatarla gəlir. Ümumilikdə, “Proekt” Moskva, Soçi və Valdayda faktiki sahibi Alina Kabaeva olan 20-dən çox əmlak sayır. Onların əksəriyyəti onun ailə üzvləri və ya Putinə yaxın iş adamlarının adına qeydiyyatdadır. Bütün bunlar təqribən 120 milyon dollar məbləğində vəsait edir.
“Proekt”ə görə, əslində Kabayevaya məxsus olan obyektlərdən ən bahalısı Soçidəki Royal Park yaşayış kompleksindəki penthausdur. Bu, 2600 kvadrat metrlik mənzildir. Buraya üzgüçülük hovuzu, veranda, eləcə də damdakı helikopter meydançası daxildir. Onu Valentin Yudaşkinin studiyası hazırlayıb. Penthausun içərisində 20 otaq, kamin salonu, kinoteatr və bilyard otağı, sauna, solaryum, həmçinin bar və rəqs meydançası var. Bir mərtəbə aşağıda xidmətçilər üçün iki ayrı mənzil var. 2021-ci ildə Kabayevanın penthausu “Rusiyanın ən böyük mənzili” kimi tanınıb. Eyni zamanda, indi penthaus boşdur. Orada heç kim yaşamır.
Basta