Altılı Masanın prezidentliyə namizədi Kılıçdaroğlu oldu
İYİ Partiya lideri Meral Akşener Türkiyə müxalifətinin birləşdiyi altılı masaya qayıtdı və bu gün qurumun prezidentliyə namizədi müəyyən edildi. Səadət Partiyasının qərargahında keçirilən görüşdən sonra Millət İttifaqının prezidentliyə namizədinin CHP sədri Kamal Kılıçdaroğlu olduğu açıqlanıb.
Toplantıdan sonra açıqlama verən Kılıçdaroğlu bunları deyib:
* Əziz xalqım, əziz qardaşlarım və bacılarım. Türkiyənin bütün rənglərini bir araya gətirmək üçün yola çıxdıq. Bu süfrə Halil İbrahim süfrəsidir.
* Süfrəmiz sülh və qardaşlıq süfrəsidir. Allahın köməyi ilə biz birlikdə buna nail olacağıq. Millət İttifaqı olaraq Türkiyəni məsləhətləşmə və konsensusla idarə edəcəyik.
*Millət itifaqına daxil olan partiyaların başqanları prezidentin yardımçıları olacaqlar.