Venesiya Komissiyası və DTİHB Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunu dəyişdirməyə çağırdılar

Avropa Şurasının Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda yanvar ayında qüvvəyə minmiş yeni “Siyasi partiyalar haqqında” qanunla əlaqədar birgə rəyini açıqlayıb.

Martın 13-də Avropa Şurasının saytında yerləşdirilən 34 səhifəlik rəydə qanunda olan çatışmazlıqlar və məhdudiyyətlər ətraflı şərh edilib.

Sənəddə təəssüflə qeyd edilir ki, Azərbaycan hakimiyyəti yeni qanunu qəbul edərkən  Venesiya Komissiyası və DTİHB əvvəlki
irad və tövsiyələrinin əksəriyyətini nəzərə almayıb.

Venesiya komissiyası yeni qanunda çoxpartiyalı sistem və plüralizmə əngəl kimi qiymətləndirilən bir sıra müddəaların olduğunu qeyd edib.

O cümlədən:

• partiya üzvlərinin minimum sayının 1000-dən 5000-ə çatdırılması;
• artıq qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən qeydiyyata alınması zərurəti;
• siyasi partiyaların  təsis edilməsi və üçün nəzərdə tutulmuş prosedurların və çətin olması;
• dövlət qeydiyyatı olmayan siyasi partiyanın fəaliyyətinə qadağa;
• partiyadaxili strukturların və fəaliyyətin həddindən artıq tənzimlənməsi;
• Ədliyyə Nazirliyinin partiyanın fəaliyyətinə həddən artıq nəzarət etməsi və 
siyasi partiyaların üzvlərinin siyahılarının tələb edilməsi;
• siyasi partiyanın fəaliyyətini dayandırmaq və ya hətta partiyanı ləğv etmək imkanı və s.

Sənəddə qeyd olunur ki, sözügedən tələblər və məhdudiyyətlər həm beynəlxalq insan hüquqları müqavilələri ilə tənzimlənən birləşmək azadlığına, həm də milli konstitusiya uyğun gəlmir.

Venesiya Komissiyası və DTİHB birləşmək və ifadə azadlığının demokratik dövlətin düzgün işləməsi üçün əsas şərtlərdən olduğunu vurğulayıb, və qanunun dəyişdirilməsi ilə bağlı bir tövsiyyələrini irəli sürüb. Tövsiyyələr sırasında partiyaların qeydiyyatı üçün tələb olunan üzvlərin sayının 1000 nəfərə qaytarılması, qeydiyyat prosedurunun asanlaşdırılması, partiyaların qeydiyatının ləğv edilməsini nəzərdə tutan halların azaldılması və konkretləşdirilməsi də var.

Basta