CHP-nin binasına silahlı hücum edildi

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul vilayət təşkilatının binasına silahlı hücum edilib.

Modern.azxəbər verir ki, bu barədə tviter səhifəsində CHP İstanbul təşkilatının sədri Canan Kaftancıoğlu məlumat verib.

O bildirib ki, binaya doğru 6-7 dəfə atəş açılıb. Güllələr tapılmasa da, boş gilizlər aşkarlanıb.

 

“Prokurorluq hadisə ilə bağlı təhqiqatı davam etdirir. Yeni məlumatlar paylaşılacaq”, – deyə CHP təmsilçisi qeyd edib.

 

Xatırladaq ki, bundan əvvəl İYİ Partiyanın İstanbul təşkilatının binasına silahlı hücum olmuşdu.