Türkiyədə seçkilər: İlk turda bitməsə…

Türkiyədə prezident və parlament seçkilərinə bir aydan az vaxt qalıb. 

MAK Araşdırma şirkəti əhali arasında keçirilən növbəti rəy sorğusunun nəticələrini  paylaşıb. 10-16 aprel tarixləri arasında ölkənin 52 vilayətində keçirilən sorğuda 5 min 750 nəfərin rəyi öyrənilib, “Cumhuriyet” qəzeti məlumat verir. 

Sorğuda iştirakçılara “Sabah seçki olsa, hansı siyasi partiyaya səs verərdiniz?” sualı verilib. Qərarsızların sayı paylandıqdan sonra səsvermə nisbəti aşağıdakı kimi olub:

AKP: 35,8 faiz

CHP:  29,1 faiz

İYİ Partiya: 11,7 faiz

HDP: 9,5 faiz

MHP: 7,2 faiz

Digərləri: 6,7 faiz

“14 may seçkilərində hansı ittifaqa səs verəcəksiniz?”  sualına cavab verənlərin  44 faizi müxalifətin birləşdiyi “Millət ittifaqı”nın, 40 faiz isə iqtidarda olan “Cumhur ittifaqı”nın adını çəkib. 

“2023-cü il mayın 14-də keçiriləcək Prezident seçkilərində hansı prezidentliyə namizədə səs verəcəksiniz?” sualına cavab verənlərin səsləri belə bölünüb:

Kamal Kılıçdaroğlu 47,8 faiz,

Rəcəb Tayyib Ərdoğan 43,7 faiz,

Məhərrəm İncə 3,4 faiz,

Sinan Oğan 1,1 faiz.

14 may seçkilərində namizədlərdən biri azı 50 faiz +1 səs toplamasa, o halda mayın 28-də ən çox səs toplayan iki namizəd arasında ikinci tur keçiriləcək.

Qeyd edək ki Mak Araşadırma şirkəti Türkiyədə 2018-ci ildə keçirilən son prezident seçkilərində, keçirdiyi sorğulara istinadən Ərdoğanın ilk turda 51,5 faiz səslə qalib gələcəyini proqnozlaşdırıb.  Seçkinin rəsmi nəticələrinə görə, Ərdoğan 52,6 faiz səslə prezident seçilib, beləliklə MAK Araşdırma şirkətinin  xəta payı cəmi 1,1 faiz təşkil edib. 

Basta