ABŞ Ermənistana Rusiya hərbi bazasını ölkədən çıxarmağı təklif edir

Əgər Yerevan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı missiyasını özündə yerləşdirməyə razılıq versəydi, Ermənistan “daha sabit vəziyyət əldə edəcəkdi”. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Tsarqrad” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, xarici işlər nazirləri səviyyəsində sənədin razılaşdırıldığı ən son anda Ermənistan bundan imtina edib.

Sonra Lavrov qeyd edib ki, buna ABŞ və onun müttəfiqləri qarşı çıxır, onlar  vəziyyəti “sarsıtmağa” çalışırlar.

“Onlar bunu istəyirlər və bununla fəal şəkildə məşğul olurlar. Bilirəm ki, onlar ermənilərə deyirlər ki, (bizdə belə məlumat var) bizə gəlin, rusları, sərhədçiləri öz ərazinizdən qovun, hərbi bazanı çıxarın, amerikalılar təhlükəsizliyinizi təmin etməyə kömək edəcəklər. Açıq təxribat”.

Turan