Bir qrup erməni Laçın postundan keçərək Qarabağa daxil olub

İyunun 4-də ermənilərin bir qrupu Rusiya sülhməramlılarının maşınları ilə Laçın sərhəd zastavasından keçib. Eyni zamanda bir neçə xəstə Qırmızı Xaç avtomobilləri ilə Qarabağdan çıxarılıb.

Ermənilər Azərbaycan sərhədçiləri tərəfindən pasportların qəydəş alınarag dövlət sərhədindən keçiblər. Heç bir insident olmayıb. Bunu Azərbaycan sərhədçiləri tərəfindən sosial şəbəkələrdə yayımlanan videogörüntülər sübut edir.

Xatırladaq ki, bir müddət əvvəl separatçıların liderləri Qarabağ sakinlərini Laçın yolundan istifadə etməməyə çağırmışdılar. Onların fikrincə, belə bir imtina Qarabağın blokadada olmasını sübut etməlidir. 

Turan