Saakaşvili: “Putinin hakimiyyətdən getməsinə həftələr qalıb”
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hesab edir ki, Rusiya prezidenti Vladimir Putin hakimiyyətdə son həftələrini yaşayır. Rustavi2-nin məlumatına görə, onun bu barədə açıqlaması Facebook sosial şəbəkəsində dərc olunub.
Həbsdəki eks-prezidentin qiymətləndirməsinə görə, bunun nə qədər tez baş verməsi əsasən Ukrayna ordusunun döyüş meydanındakı uğurlarından asılıdır.
“Mən Putini yaxşı tanıyıram və onun bu qədər isterik olduğunu xatırlamıram. Bu gün mənə aydındır ki, Putinin hakimiyyətdən getməsinə həftələri qalıb. Bunun nə qədər tez baş verəcəyi əsasən Ukraynanın döyüş meydanında daha da irəliləyişindən asılıdır. İrəliləyiş göz qabağındadır. Ukraynalılar yaxın həftələrdə Baxmutu geri qaytaracaq, sentyabrdan gec olmayaraq Azov dənizinə çatacaq və Krıma girməyə başlayacaq, Krıma girmək isə Putinin sonu demək olacaq” – deyə Saakaşvili proqnozlaşdırıb.
“Baxın, Putin hakimiyyəti dövründə ilk dəfə olaraq mənim üslubumda xalq qarşısına çıxdı. Onlar bu qədər böyük Rusiyanın heç bir yerində risk edib görüş keçirə bilmədilər və Dağıstanın ən geridə qalmış, Dərbənd bölgəsində bunu təşkil etdilər. Bir zamanlar qüdrətli imperator kimi davranan Putin bununla özünü alçaldır, bu, onun durumu haqqında hər şeyi deyir”, – Saakaşvili bildirib.
Basta